Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Gəncədə Kərkicahan şəhidlərinin xatirəsinə hazırlanmış xatirə lövhəsinin açılış mərasimi oldu

0

  • İyul ayının
    12-də Xankəndi və Kərkicahan sakinlərinin müvəqqəti məskunlaşdıqları Gəncə
    şəhəri ərazisində şəhidlərimizin xatirəsinə hazırlanmış xatirə lövhəsinin
    açılış mərasimi oldu. I Qarabağ müharibəsinin ilk şəhidlərindən olan Səfərov
    Orduxan Aydın oğlunun dəfn edildiyi günün otuzüçüncü ildönümündə keçirilən
    tədbirdə Xocalı rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, rayon
    ziyalıları, rayon icra hakimiyyəti yanında ictimai şuranın üzvləri, QHT
    nümayəndələri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları,
    sakinlər və məktəblilər iştirak etdilər.Tədbir
    iştirakçıları əvvəlcə şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət
    edərək önünə dərin ehtiram əlaməti olaraq gül dəstələri düzdülər.Sonra Dövlət
    Himnimiz səsləndirildi. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda
    etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, şəhidlərimizin
    ruhuna fatihə surəsi oxundu.Tədbirdə Xocalı
    rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Xocalı rayon İHB-nın
    Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev, “Xankəndi”
    Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, Qarabağ
    müharibəsi veteranları, şəhid ailələri və ictimai fəallar çıxış edərək Xankəndi
    və Kərkicahan camaatının torpağa bağlılığından, döyüş və mübarizə əzmindən,
    şəhid Orduxan Səfərovun döyüş yolundan, şüacətindən, həmçinin Vətən
    müharibəsində əldə etdiyimiz Şanlı qələbədən danışdılar.Kərkicahanın
    müdafiəsi uğrunda ilk döyüşlərə atılan və ilk şəhidlik zirvəsinə ucalan Orduxan
    Səfərovun döyüş yoldaşı, I Qarabağ müharibəsi veteranı Nazim Hüseynov
    şəhidimizin döyüş yolundan danışaraq xatirələrini dilə gətirdi. O, Ulu öndər
    Heydər Əliyevin “Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi parlayacaq”
    kəlamından ilhamlanaraq, vaxt gələcək Kərkicahan öz gözəlliyi, zəhmətkeş və
    vətənpərvər insanları ilə dünyaya günəş kimi parlayacaq fikrini ifadə etdi.
    Orduxanla məktəbin, bağçanın tikintisində, həm də Xocalıda şəhərsalma
    prosesində birlikdə çalışdığını bildirən döyüş yoldaşı, onun dəfələrlə
    ermənilərə qarşı mübarizə apardığını, əziyyətinin çox olduğunu dedi. Nazim
    Hüseynov hər şeyin yaxşı olacağına inanaraq elimizə-obamıza qayıdacağımıza olan
    əminliyini bildirdi.Çıxışlarda bildirildi ki, nankor
    qonuşularımız ermənilərin istəyi ilə SSR-i dövründən Xankəndi şəhərində
    yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası Kərkicahana tuşlanmışdı.
    Düşmən hər cür təzyiqdən istifadə edərək kərkicahanlıları öz doğma yurd-yuvasından
    didərgin salmağa çalışırdı. Qaz kəmərləri partladılır, evlər atılan mərmirlərlə
    yandırılırdı. 1988-ci ilin sentyabrında ermənilər Xocalıya və Kərkicahana hücum
    etməyə başladılar. Qorxmaz kərkicahanlılar daş-kəsəklə hücuma keçən kütlənin
    qarşısını igidliklə ala bildilər. Kərkicahan camaatı heç bir zaman düşməndən
    qorxmayıb. 1991-ci ilin dekabr ayı kərkicahanlılar üçün ən ağır və həlledici ay
    oldu. Dekabr ayının 2-dən ermənilər aramsız hücuma keçdilər. Silahsız və
    sahibsiz qalan camaat 366-cı motoatıcı alayın hərbi texnikası qarşısında tab
    gətirə bilmədi. Kərkicahan
    camaatı işğala qədər 34 nəfər şəhid verdi. İşğal günündən sonra da
    kərkicahanlılar düşmənlərə qarşı igidliklə döyüşdülər. Xocalıda erməni qəsbkarları tərəfindən hər iki
    valideyni qətlə yetirilən 25 nəfər uşaqdan 5-i Xankəndindən Xocalıya köçən
    sakinlərdəndir.Xankəndi və Kərkicahan sakinləri respublikanın 38-dən artıq şəhər və
    rayonlarında doğma el-obalarımıza qayıdacağı günün ümidi və arzusu ilə
    müvəqqəti məskunlaşıblar.Vətən müharibəsində Kərkicahanın gəncləri könüllü olaraq döyüşlərə
    qatıldılar. Torpaqlarımızın azadlığı uğrunda igidliklə döyüşərək adlarını Şanlı
    Zəfər tariximizə yazdılar. Xalqımızın qələbə ruhunu, döyüş əzmini artıran,
    Qarabağa qayıdışı təmin edən Zəfər yolu Xankəndindən, Xocalıdan da keçəcək.
     Tədbirdə Xocalı rayon Xankəndi şəhər Natiq Şahmuradov adına 6 saylı
    Kərkicahan qəsəbə tam orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirdilər.Tədbirin
    sonunda şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açıldı. 





















     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib43 dəfə
    Gəncədə Kərkicahan şəhidlərinin xatirəsinə hazırlanmış xatirə lövhəsinin açılış mərasimi oldu

    Maraqlı gələ bilər
    41
    70
    60